пятница, 1 мая 2015 г.

Zəhmətkeşlərin brendi

1 May

İlin ən maraqlı fəslindəyik. Gödəkçələri çıxartmağın verdiyi rahatlıq, tez tez salam verən günəş və qeyri-müəyyənliyin gətirdiyi enerjinin doğduğu fikirləri dostlarla paylaşmaq qərarına gəldim.

Əsl işçi kimi bu mötəbər gündə işə çıxıb hazırladığımız Social Farm brendinin xanalarını son olaraq netləşdirdik. Deməli belə:

Sosial Farm brendini aşağıdakı aspektlərdən açmağa çalışaq:

1) insanlara verilən birbaşa fayda
2) əsas kütlə üçün əlçatan olması
3) brendin məhsullarının yaratdığı əlavə dəyər
4) yaradıcılar, yardımçılar və yatırımçılar
5) Ana xəttə bağlılıq
6) məsuliyyət və canlılıq









Fayda
Qidalanmaq insanın ən birinci öyrəndiyi və həyat keyfiyyətini birbaşa təyin edən bir məcburi aktdır. Social Farm brendinin müxətlif məhsulları ola bilər və bu məhsulların hamısı bir məqsədə: sağlam və faydalı qida əldə etməyə qulluq edir. İnsanlar brendlərin aşıldığı dəyərləri paylaşdıqlarını hiss edəndə o brendlə yaxınlıq qurmağa cəhd edirlər. Dəyərlərə güvəni yaradan əsas amil isə faydadır. Brendin insanlarla danışığı bu faydanın üzərindən olduğu zaman onlar brendin məhsullarını sınayırlar. Real faydanı hiss etdiyi zaman isə möcüzə baş verir: insanlar verilən sözün düz çıxdığının keyfini yaşayırlar və brendlə insan arasında kimya başlayır.

Qiymət siyasəti
İnsanların məhsulları almaq üçün ödədiyi pul vəsaitinin həcmi, yəni məhsulun qiyməti = onun real faydasının yaratdığı dəyər + onun brendinin gəliridir. Güclü brendlər sağlam marjaya sahib olurlar. Sağlam marjanın faizi o qədər önəmli olmaya bilər, əsas brendin stabil gətirdiyi gəlirdir. Dayanıqlı bir brendə sahib olmaq üçün qiymət əlçatan olmalıdır və brend rəqiblərindən həm faydası, həm də brend dəyəri ilə üstün olmalıdır. Görsənən odur ki, adını krizis qoyduğumuz sosial era iqtisadiyyatında kiçik marjalı və sürətli dönən dayanıqlı brendlər uğurlu olurlar. Məhz bu yanaşma ilə, partner seçimlərini düzgün apararaq və innovasiyaları tətbiq edərək sağlam brendlər yaratmağı planlayırıq. Social Farm əlçatan qiymətlərlə sağlam və faydalı qida məhsullarını insanlara təqdim edəcəkdir.

Əlavə dəyər - innovasiya
Məhz yaradılmış əlavə dəyər və onun istehlakçıya gətirdiyi fayda brendi fərqləndirir və cəlbedici edir. Məhsullar həm yetişərkən, həm yığılarkən, həm də qablaşdırılıb çatdırılarkən yeni texnologiyaların tətbiq olunur və əlavə dəyərlər yaradılır. Bu da həm faydaya həm də brendin güclənməsinə təsir edir. Yeni texnologiyalar hər etapda xərcləri azaldır və uyğun bir qiymət siyasəti aparmağa imkan yaranır. Social Farm brendi olaraq qida məhsullarını müxtəlif formalarda insanlara çatdırmağı düşünürük: birbaşa, konservə olunmuş formada, yemək formasında, qurudulmuş formada və sairə.

Yaradıcılar, yardımçılar və yatırımçılar
Social Farm brendi adından da göründüyü kimi insanlara açıq bir brenddir. İstənilən bir şəxs həm yaradıcı, həm yatırımcı və ya yardımçı kimi qoşulub özünə fayda əlda edə bilər. İdeyası ortaya çıxdıqdan bu yana hər 3 istiqamətdə çoxlu sayda dostlarımızın dəstəyini hiss edirik və bu dəstəklərə açığıq. Brend uğur qazanmaq istəyirsə mümkün qədər çox mənbədən dəstək almalıdır və bu dəstək daima artmalıdır (bax: crowdsourcing)

Ana xəttə bağlılıq


Orta Asya və Qafqaz ölkələrində dövlətlərin iqtisadi siyasətinin əsas xəttini aşağıdakılar tutur:
  • orta və kiçik sahibkarlığın inkişafı
  • iqtisadiyyatın resurs asılılığından qurtulması
  • yeni iş yerlərinin yaradılması
  • ixrac yönümlü məhsulların istehsalı
Bu kontekstdən baxdığımız zaman Social Farm ideyası birbaşa dövlət siyasəti ilə üst üstə düşür və bu brendin güclənməsi üçün lazım olan əsas resursu - dövlətin yaratdığı imkanları onun üçün açıq edir. 

Sorumluluq və danışıq

Yeni erada brendlər insanların həyatına zorla deyil, onların razılığı ilə daxil ola bilirlər (bax: permission marketing). Kommunikasiya yağmuruna düşmüş sosial era insanları qəbul edəcəkləri mesajları, dəyərləri seçirlər və ancaq ortaqlıq hiss etdiklərində brendlə dostlaşırlar. Bunun üçün hər bir brend həm də güclü kontent mənbəyi olmalıdır. Social Era olaraq ilk məhsulumuzu məhz maarifləndirmə olaraq görürük və yaxında sağlam qidalanma başlığı altında çoxlu mövzuların və söhbətlərin şahidi olacaqsınız.

Hər kəsi bu mövzuda söhbətə çağırıram və inanıram ki, birlikdə daha keyfiyyətli və zövqlü bir həyat keçirməyimiz mümkündür.







Комментариев нет:

Отправить комментарий